Redaktor seçimi
    "Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO
Xəbər lenti
Reklam
Hərbi bazada partlayış - ölən və yaralananlar var
 
Latviyanın Adazi şəhərində yerləşən NATO-nun hərbi bazasında partlayış baş verib, bir nəfər albaniyalı zabit ölüb, bir mayor və bir çavuş yaralanıb.
Albaniya Baş Qərargah rəisi, briqada generalı Bardhıl Kollçaku təlim zamanı ehtiyatsızlıqdan minanın partladığını qeyd edib.
Yerli KİV xəbər verir ki, hadisə II Dünya müharibəsindən qalan sursatlar daşınarkən baş verib.
Latviya ordusunun komandanı, general-leytenant Leonids Kalnins partlayış nəticəsində xəsarət alan 32 yaşlı baş leytenant Zərifə Həsənayın bir saat sonra öldüyünü, albaniyalı mayorun isə ağır vəziyyətdə Riqadakı xəstəxanaya aparıldığını, üçüncü hərbçinin yüngül xəsarət aldığını bildirib.\\Teleqraf.com
Tarix: 06 may 2019
Baxış: 405

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş