Redaktor seçimi
    "Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO
Xəbər lenti
Reklam
Sumqayıtda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyyə edilib
Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
Gender.az bildirir ki, ONA-nın  yerli bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda ev 4-də baş verib. Belə ki, blokların birinin 3-cü mərtəbəsində elektrik sayğacları yerləşən qutuda 8 ədəd sayğac,  elektrik açarları və 6 paqonometr kabel yanıb.  Yuxarı mərtəbələrdən tüstülənmiş mənzillərdən 12 nəfər sakin təhlükəsiz əraziyə təxliyyə olunub.
Hadisə yerinə 2 ədəd yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Xəsarət alan olmayıb.
 
Tarix: 01 may 2019
Baxış: 389

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş