Xəbər lenti
Reklam
Sabiq vəzifəli şəxsə verilən cəza bəlli oldu


Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimə edilib.

Rüşvət almaqda təqsirləndirilən Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin keçmiş rəis müavini Zülfüqar Mansurovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Nizami Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, təqsirləndirilən şəxs 6 min manat cərimə edilib.
Təqsirləndirilən Zülfiqar Mansurov Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. \\Ajans.Az
Tarix: 06 oktyabr 2026
Baxış: 42

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş