Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
“Şişirtməyə ehtiyac yoxdur, uşaqları avtomatla qırmayıblar” — Keçmiş təhsil naziri şagirdin döyülməsindən DANIŞDI

“Bu məsələnin bu qədər şişirdilməsinə ehtiyac yoxdur. Bu olan şeydir! Hər zaman məktəblərdə belə hallar yaşanıb. İki uşaqdı da. Bunu şişirdib, böyük bir sosial problemə çevirməyin nə mənası var ki, anlamıram. Hər halda yaxşı hadisə deyil”.
Gender.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında keçmiş təhsil naziri Firuddin Cəlilov Bakıda şagirdin sinif yoldaşını döyməsinə münasibət bildirərkən deyib. Keçmiş təhsil naziri qeyd edib ki, bunun bu qədər şişirdilməsinə ehtiyac yoxdur:
“Uşaqdı da bir-birilə savaşıb. Bütün məktəblərdə guya hamı bir-birini döyür ki? Bu nadir hadisədir. Təsadüfən məktəbdə olub, küçədə də ola bilərdi. Avtomatla gəlib uşaqları qırmayıblar. Vallah mən başa düşmürəm. Belə şeylər mənim vaxtım da olub, Nikolayın vaxtında da olub, gələcəkdə də  olacaq”.

Aynurə
Tarix: 04 oktyabr 2022
Baxış: 346

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş