Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Ana və yeni doğulmuş körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB

Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ölən ana və uşaqlarla bağlı TƏBİB açıqlama verib.
Məlumata görə, 1985-ci il təvəllüdlü vətəndaş G.A. xəstəxanaya oktyabrın 2-si saat 04:04-də “40 həftəlik hamiləlik, doğuşun 1-ci dövrü, FMA (fəsadlaşmış mamalıq anamnezi)” diaqnozu ilə daxil olub.
Oktyabrın 2-si saat 10:40-da cinsi qız, çəkisi 2 900 qram, boyu 49 santimetr bir diri döl dünyaya gətirib. Ananın saat 15:15-də “kəskin ağciyər, ürək-damar çatışmazlığı” diaqnozu, yenidoğulmuşun isə saat 11:55-də “ağır asfiksiya, mekonial aspirasiya” diaqnozu ilə bioloji ölümü baş verib. \\Redaktor
***
Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsi ölüblər.
Oktyabrın 2-də saat 04 radələrində Yasamal rayonunda yerləşən xəstəxanaya gətirilmiş 1985-ci il təvəllüdlü Abdullayeva Gülnar İlham qızı təbii yolla qız uşağı dünyaya gətirib.
Təxminən 6 saat sonra G.Abdullayeva xəstəxanada qəfil vəfat edib. Bundan 3 saat sonra isə onun dünyaya gətirdiyi qızı ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. \\Redaktor

Tarix: 04 oktyabr 2022
Baxış: 301

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş