Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Döyülmə olayına deputatdan MÜNASİBƏT: "Digər şagirdlər bu hadisəyə biganə yanaşırlar, heç bir müdaxilə etmirlər"

“Əlbəttə ki, məktəblərdə belə halların baş verməsi hər birimiz düşündürməlidir”.
Gender.Az-ın məlumatına görə, bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məktəbdə sinif yoldaşını döyən şagirdlə bağlı danışarkən deyib.
Deputat vurğulayıb ki, artıq müvafiq qurumlar lazımı araşdırmaları aparıblar, bununla bağlı ictimaiyyətə açıqlama veriblər.
“Qeyd etmək lazımdır ki, uşaqların hüquqları bütün hallarda istər məişətdə, istərsə də müxtəlif sosial mühitlərdə müdafiə olunmalıdır. Əfsuslar olsun ki, uşaqların zorakılığa (bullinqə) məruz qalma hallarına rast gəlinir. Lakin belə hallarda həm valideynlər, həm məktəblər, həm də elə uşaqların özləri məsuliyyət daşıyırlar. Ona görə də, problemə kompleks yanaşma olmalıdır. Uşaqların yaxşı təhsillə, yanaşı asudə vaxtlarının səmərəli keçirməsinə ehtiyac vardır. Valideynlər övladlarına həssas olmalıdırlar, onlarda sevgi, mərhəmət hissini aşılamalıdırlar, məktəb isə bunu daha da inkişaf etdirməlidir. Həmin uşaqlar sinif otağında tək deyillər, lakin digər şagirdlər bu hadisəyə biganə yanaşırlar, heç bir müdaxilə etmirlər. Yəni laqeydlik haradan başlanır? Keçid yaş dövrünü yaşayan bu uşaqlar fizioloji və psixoloji dəyişikliklər yaşayırlar. Müəllimlər, xüsusi ilə də sinif rəhbərləri, məktəb psixoloqları onlarla iş aparmalı, vaxtaşırı söhbət etməlidirlər. Valideynlər də uşaqlarına vaxt ayırmalı, onlara düzgün tərbiyə verməlidir”.

Aynurə
Tarix: 04 oktyabr 2022
Baxış: 354

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş