Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Baş nazir gedişhaqqı ilə bağlı TAPŞIRIQ VERDİ

Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sərnişindaşıma sahəsində təkliflər hazırlamağı tapşırıb.
Gender.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
"Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi, bu sahədə tarif (qiymət) siyasətinə yenidən baxılması barədə müraciət edib. Müraciətdə göstərilən məsələlərlə bağlı optimal qərarın verilməsində kompleks yanaşma tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti nazirliyə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həll yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanmasını tapşırıb. Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq", - deyə məlumatda qeyd olunub.
Tarix: 03 oktyabr 2022
Baxış: 318

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş