Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
"Putin tapıldığı yerdə öldürüləcək" - Rusiyalı iqtisadçı

“Putin tapıldığı yerdə öldürüləcək”.
Bunu rusiyalı iqtisadçı Vladislav İnozemtsev deyib. O bildirib ki, Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzündən və Ukrayna ərazilərini ilhaq etmək cəhdindən yeddi ay sonra Vladimir Putinin qarşısını ancaq Qərbin onu məhv etmək istəyi dayandıra bilər.
Ekspert qeyd edib ki, Qərbin Ukraynaya sülhməramlı qoşun göndərməsi ehtimalı son dərəcə azdır.
“Mən düşünmürəm ki, hətta bu halda (nüvə təhlükəsi – red.) Qərb Ukraynaya öz silahlı qüvvələrini yerləşdirmək və ya cavab zərbələri endirmək riskinə girəcək”, – ekspert bildirib.
Eyni zamanda İnozemtsev əmindir ki, Qərbin Putinin aradan götürəcəyi barədə açıqlaması Putini dayandıra bilər.
“Putin yalnız bütün Qərb liderlərinin açıq bəyanatını eşitdikdən sonra ayıla bilər. Bəyanatda açıq bildiriləcək ki, nüvə silahından istifadə edəcəyi təqdirdə Putin terrorçu elan ediləcək və tapıldığı istənilən nöqtədə öldürüləcək. Bu, onu ayılda bilər, başqa heç nə”. – ekspert deyib. \\KONKRET.az

Tarix: 01 oktyabr 2022
Baxış: 377

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş