Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Lavrov Putinin Azərbaycanla bağlı planını ELAN ETDİ – KTMT vasitəsilə…

“Kreml rəqiblərinin Cənubi Qafqazdan sıxışdırılmasının yollarını axtarır”.
Gender.Az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistan-Azərbaycan prosesindəki son gəlişmələrə diqqət çəkib:
“Kreml Ukrayna ərazilərini ilhaq edərkən, Cənubi Qafqazı da “unutmayıb”. Rusiya xarici işlər naziri Sergey Lavrov yeni təkliflə çıxış edib. O bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasında və delimitasiyasında iştirak edə bilər. Bu, Putinin planıdır, Lavrov vasitəsilə səsləndirib.
Kreml Azərbaycanla münasibətləri gərginləşdirməmək üçün Ermənistana birmənalı dəstək verməkdən çəkinir. Digər tərəfdən, KTMT üzvü olan Qazaxıstan, Qırğızıstan və Belarus birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanla təmas xəttində baş verənlərə qarışmaq istəmirlər. Bu da Kremli durduran bir başqa amildir.
Buna baxmayaraq, Kreml ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda fəallaşmasından, Qərbin Bakı və İrəvanla intenviləşən təmaslarından narahatdır. Kreml rəqiblərinin Cənubi Qafqazdan sıxışdırılmasının yollarını axtarır. “KTMT sərhədin müəyyənləşməsində iştirak etsin” təklifi bu siyasətin tərkib hissəsidir.
Azərbaycanla Ermənistan arasında təmas xətti var, sərhəd yoxdur. İki dövlət arasında sərhədin müəyyənləşməsində üçüncü tərəf ancaq vasitəçi rolunda çıxış edə bilər. Rusiya KTMT adı altında öz qoşunlarını təmas xəttində yerləşdirmək istəyir. Ermənistanla sərhəd müəyyənləşməyənə qədər bu, Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir”. // Teleqraf.com

Tarix: 01 oktyabr 2022
Baxış: 353

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş