Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Paşinyan: "Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır"

"Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan televiziyaya müsahibəsində deyib.
"Biz əldə olunmuş razılaşmalardan əl çəkmirik. Yaxın günlərdə xarici işlər nazirimiz azərbaycanlı həmkarı ilə görüş keçirəcək. Əvvəllər qeyd etdiyimiz kimi, sazişin mətninin hazırlanması üzrə danışıqlara başlanılmalıdır”, - Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, bu gün danışıqlar masasında heç bir sənəd yoxdur:
"Müəyyən bir mətnin olması arzuolunan olardı. Bu, o demək olardı ki, iş irəliləyib". \\Report

Tarix: 30 sentyabr 2022
Baxış: 372

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş