Redaktor seçimi
    Sarkisyan Xocalıda törətdiyi vəhşilikləri yenə etiraf etdi
Xəbər lenti
Reklam
"Cavanşir Məmmədovun qızı məni aldadıb 200 min dollarımı xərclədi"

Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilən Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra Cavanşir Məmmədovun vəkili vəsatət qaldıraraq bildirib ki, təqsirləndirilən şəxs mediaya məlumat verməklə Cavanşir Məmmədova təzyiq edir. Vəkil həmçinin Mustafa İbilinin polis nəzarətində olması qətiimkan tədbirinin həbslə əvəz olunmasını istəyib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Daha sonra təqsirləndirilən şəxs Mustafa İbili ifadə verib. O ifadəsində bildirib ki, Xatirə Məmmədova ilə 2018-ci ildə Feysbuk vasitəsilə tanış olub və evlənək üçün Bakıya gəlib: "Bakıya gəldikdən sonra özümlə gətirdiyim 60 min dolları Xatirə ilə xərclədim. Lakin onunla evlənmədik. 200 min dollara qədər pulumu xərclədi. Qardaşıma aid 135 min dollar da həmin pula daxil idi. Atama elənmək deyə-deyə 3 il yarım dolandırıb pulunu xərclədilər. 3 il yarım da mən Cavanşir Məmmədovun evində gizli yaşamışam. Evin qarşısında ayda 500 manat verib kirayə qalsam da axşamlar Cavanşir Məmmədovun evində yaşamışam. Heç kimdən pul istəməmişəm. Xatriə Məmmədova atasında aldığı pulu mənim adıma olan bank hesabına yatırdı. İddia edirlər ki, mənə 140 min dollardan çox pul veriblər. Yalandır. Mənə pul verilməyib. Sadəcə hesabıma yatıtırıb. Bu da heç 100 min dolar etmirdi. Bank çıxarışı ilə razı deyiləm. Təkrar yoxlanılmasını istəyirəm. İddia etdiklərindən az pul yatırıblar. Hesabdakı pulun bir qisminə birjadan səhm aldım. Digər qismini də Xatirə Məmmədovanın israrı ilə çıxarılaraq Xatirə Məmmədovanın özünə verilib."
Məhkəmənin növbəti iclası oktyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. \\Milli.Az

Tarix: 29 sentyabr 2022
Baxış: 342

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş