“Qərb Rusiyanı parçalamaq istəyir” - Lavrov
"Qərb Rusiyanı müstəqil siyasi kursuna görə parçalamaq istəyir".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasında deyib.
“Aydındır ki, Monro Doktrinası qlobal miqyas alır. Vaşinqton bütün dünyanı öz “arxa bağçasına” çevirməyə çalışır”, - deyə Rusiya XİN rəhbəri qeyd edib.
Lavrov əmindir ki, ABŞ-ın Ukrayna ilə bağlı strategiyası nə vaxtsa bəlli olacaq. Həmçinin, o, ABŞ və Aİ-nin Rusiyanı taxıl və gübrə ixracı üçün yaratdığı maneələri aradan qaldırmadığını vurğulayıb.
“Rusiya Federasiyası BMT-ni enerji böhranının aradan qaldırılması üçün səyləri səfərbər etməyə çağırır”, - deyə Lavrov əlavə edib. \\Qafqazinfo
Tarix: 24 sentyabr 2022
Baxış: 328
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş