Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Vəkillər Kollegiyasından xaric edilən vəkil saxta möhürlə fəaliyyət göstərir? - İDDİA

Tovuz rayon sahibkarlar şurasının sədri “5 ilin ən yaxşı sahibkarı nominasiyasının qalibi” Hüseynov İsmayıl Qara oğlu mətbuata müraciət ünvanlayıb.
İsmayıl Hüseynov bildirib ki, ailəsinə külli miqdarda ziyan vuran Sevil Hacıyeva haqqında Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarziə İdarəsində cinayət işi açılıb. Bütün bunlarla kifayətlənməyən Sevil Hacıyeva İsmayıl Hüseynovun "Hürriyyət"də onun haqqında dediyi fikirləri şər-böhtan adlandıraraq məhkəməyə müraciət edib. Bu haqda əvvəlki yazılarımızda da bəhs etmişik.
Şikayətçinin sözlərinə görə, özü də, oğlu da vəkilə inanıb və Rahib Hüseynov müdafiəçi ilə rəsmi nikah bağlayıb. Gəncədəki “Asan Xidmət”də əmlaklar Sevil Hacıyevanın adına keçirilib.
Müflis olmuş iş adamı iddia edir ki, Sevil Hacıyeva təkcə həmkarlarının deyil, bir çox peşə sahiblərinin həsəd apara biləcəyi zirəkliyə və məharətə sahib imiş. O, qısa müddət ərzində bir vəkilin yüz ildə əldə edə bilməyəcəyi sərvətə yiyələnmək üçün əlinə düşmüş tarixi fürsəti əldən verməyib. Belə ki, özündən 10 yaş kiçik Rahib Hüseynovla nikahdan sonra astronomik sürətlə varlanan S. Hacıyeva bahalı mobil telefondan, “zerkalnı” nömrədən tutmuş “Range Rover” markalı avtomobilə sahiblənməklə kifayətlənməyib, Tovuz rayonu Qovlar stansiyasındakı iri fermer təsərrüfatını da öz adına keçirməyə imkan tapıb. İş adamının sözlərinə görə, o, bütün sadalananlardan əlavə, ailənin digər əmlaklarını da mənimsəyib.
İsmayıl Hüseynov əlavə edib ki, hüquq-mühafizə orqanlarına müraciət etsə də, “Sevil Hacıyeva dələduzluq yoluyla ələ keçidiyi pulları rüşvət qismində hüquq-mühafizə orqanlarına verərək, cinayət işini ört-basdır edir”.
Tovuz sakini vəkilin cinayət məsuliyyətinə cəlb olunması, pul və əmlaklarının geri qaytarılmasını tələb edir. Bu məqsədlə prokurorluğa da şikayət edib. Lakin bir il müddət keçməsinə baxmayaraq, prokurorloqda baxılan işin heç bir nəticəsi yoxdur. Görəsən, Baş Prokurorluq niyə bu qədər faktları görməzlikdən gəlir?…
İsmayıl Hüseynov deyir ki, Vəkillər Kollegiyasından qovulan Sevil Hacıyeva hazırda saxta möhür gəzdirərək Xaçmazda və Bakıda vəkillik fəaliyyəti ilə məşğul olur. O bununla bağlı Korrupsiya və Vəkillər Kollegiyasına müraciət edib: "Cənab Prokuror artıq biz iki qoca Hüseynov İsmayıl Qara oğlu və Hüseynova Lətifə Tapdıq qızı köçkün vəziyyətində yaşayırıq. Hətta dələduz vəkilin təşəbbüsü ilə bacısı qızı olan Teymurova Sevanın adında guya Hüseynov İsmayılla 40000 borc müqaviləsi bağlayıb. Biz həmin şikayəti ali məhkəməyə vermişik. Buna baxmayaraq kirrusoiyada istintaqı getdiyi bir halda həyat yoldşım pensiyasın dayandırıb Seva Teymurovaya yönəldib. İcraşı dəfələrlə yoldaşını yəni Hüseynov İsmayılı çağırıb. O pastel xəstəsidir.  Onun təqaüdünü dayandırmışlar. Ali məhkəməyə şikayət vemişik. Ona məhəl qoymur dələdu Sevil Hacıyeva . Sizdən xahiş edirəm rayondakı evimin və pensiyamın mənə qayıtmasına köməklik göstərəsiniz. Bu dələduz vəkil Sevil Hacıyeva onun qardaşının yazdığı ərizədə göstərib ki. Guya 20000 (iki yüz) min pul verib. Onu heçkim tuta bilməz. BU saat faktiki əlində saxta vəkillik möhürü gəzdirərək frlanır. Saxta möhürün şəklini vəkillər kollegiyasına vermişik. O saxta möhürlə Xaçmazda və Bakıda vəkillik edir. Vəkillik etdiyi şəxsin adınıda bilirik. Bu məlumatı Koorruspsiyaya və vəkillər kollegiyasına faltlarla məlumat vermişik. Xahiş edirik dələduz “vəkil” haqqında qəti qərar çıxartmanızı səbrsizliklə gözləyirik". 
Sözügedən şəxsdən digər şikayətçi isə Xaçmaz sakini olan doğma qardaşı Daşdəmirov Yaşar Balasoltan oğludur. O deyir ki, Sevil Hacıyeva ona məxsus olan fındıq kisələrinin oğurlayıb. Yaşar Daşdəmirov bununla bağlı baş prokuror Kamran Əliyevin də qəbulunda olub: "02.09.2022-ci il tarixdə Mən Baş Prokuror Kamran Əliyevin bacım Sevil Balasoltan qızının mənim ailəmlə birlikdə yaşadığım ünvana gələrək mənim həyat yoldaşımı döyməsi və evdən mənə məxsus olan fındıq kisələrinin oğurlanması barədə qəbulunda oldum. Lakin hələdə Hacıyeva Sevilin barəsində heç bir tədbir görülməyib.Baxmayaraq ki,Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində  onun barəsində AR CM-nin 178.3.2  və  32.312.2-ci maddələri ilə cinayət işi başlanaraq istintaq aparlır. Lakin o hər yerdə deyir ki , mən Korrupsiya idarəsinə 200'000 ( iki yüz min ) manat vermişəm ki, məni tutmasınlar. Və ona görədə məni tutan yoxdur.  Sizdən xahiş edirəm ki, bacım Hacıyeva Sevil Balasoltan qızı barəsində ciddi tədbirlərin görülməsinə və onun barəsində qanuna müvafiq hərəkətlərin etdirilməsinə göstəriş verəsiniz. Ona görə bunları xahiş edirəm ki, bacım Hacıyeva Sevil nəinki məni hətda digər kənar şəxslərə qarşıda dələduzluq edir. Çalışır saxta yollarla onlara məxsus olan əmlaklar ələ keçirsin. Mən artıq ondan utanıram.Bizim ailəmizə və şərəfimizə layiq hərəkətlər etmir. Ona görədə bir daha sizdən xahiş edirəm ki , onun barəsində ciddi tədbirlərin görülməsinə göstəriş verəsiniz".


Gender.Az
Tarix: 23 sentyabr 2022
Baxış: 344

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş