Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Baş nazirin qəribə hədiyyəsi, ucuz soba, vanna ördəyi və… - Kraliça II Elizabet haqqında MARAQLI FAKTLAR

"Sarayda doğulan və ömrünü zənginlik içində keçirən Kraliça II Elizabet haqqında az bilinən və çox qəribə faktlar…
Kraliça II Elizabet dünyasını dəyişəndən bəri bütün dünya onun haqqında danışır. Onun şəxsi həyatı, necə hökmdar olması, həyat yoldaşı, uşaqları və nəvələri ilə münasibətləri üzə çıxır.
Bəs kraliçanın çoxlarının bilmədiyi gündəlik həyatında nələr baş verib?
Gender.az musavat.com istinadən II Elizabet haqqında maraqlı faktları təqdim edir.
SEVDİYİ MƏKANDA VƏFAT ETDİ…


Şotlandiyadakı Balmoral qalası... Kraliçanın həyatını itirdiyi yer olaraq beynimizə həkk olunsa da, bu qala ingilislərin göz bəbəyi olan “Lilibet” ləqəbli monarxının sevimli evlərindən biri olub.
QIZIL-GÜMÜŞLƏ DOLU OTAQDA PLASTİK QABLAR…


Kraliça səhər yeməyində yediyi taxıllı qidaları plastik saxlama qablarında saxlayıb. Bukingem sarayındakı qızıl və gümüş əşyaları təsəvvürünüzə gətirsəniz, saxlama qablarının sarayda nə qədər qəribə göründüyünü anlayacaqsınız.
Kraliça sarayın əməkdaşlarından səhər yeməyi süfrəsinin ətraflı planını tələb edir, hər bir qabın, ədviyyatın və taxıllı qidaların dəqiq yerlərini görmək istəyirmiş.
ÇAY MƏRASİMİ...


Kraliça II Elizabetə bir fincan çay gətirmək üçün bir neçə işçi lazım imiş: bir qulluqçu ocaqdan çay dəmliyini götürüb gümüş sürahiyə tökür, digər xidmətçi məcməyini otağadək aparır, başqa bir qulluqçu isə onu yemək otağında Kraliçaya təqdim edir…
İxtiyarında çox sayda qulluqçuları olan kraliçanın ən böyük əyləncələrindən biri əri Şahzadə Filipin Balmoraldakı məşhur manqal məclislərindən sonra süfrəni yığışdırmaq və qabları yumaq olub.
BAŞ NAZİRDƏN KRALİÇAYA MARAQLI HƏDİYYƏ - QABYUYAN ƏLCƏKLƏR


Keçmiş baş nazir Toni Bleyerin həyat yoldaşı Çerie Bleyerin sözlərinə görə, masadan birinci qalxan kraliça növbə ilə hamıdan "şam yeməyini bitirdinmi?" – deyə soruşur, boşqabları üst-üstə yığır, məmnuniyyətlə gedib qabları yuyarmış.
Başqa bir keçmiş baş nazir Marqaret Tetçer ölkəsinin monarxının çılpaq əllərlə qab yuduğunu görəndə ona bir cüt əlcək hədiyyə edib.
30 FUNT-STERLİNQLİK SOBA VƏ VANNA ÖRDƏYİ…

Kraliçanın başqa bir əşyası var ki, onun “xəsis” adlandırılmasına səbəb olub: orijinal sənət şedevrləri ilə dolu otağa qoyulmuş elektrik sobası!
Bu sobanın 30 funt-sterlinq dəyərində olduğu və xəsis kraliçanın soyuqlar düşəndə bu sobaları yandırdığı barədə şayiələr dolaşıb.
Kraliçanın şəxsi vanna otağını təmir etmək üçün saraya çağırılan santexnik orada gördüklərini sonradan dünya ilə bölüşüb: başında tacı olan, sarı, plastik vanna ördəyi…
QƏNAƏTCİL, YA XƏSİS?


Saray köməkçilərinin sözlərinə görə, Kraliça müharibə illərindən qalan bəzi paltarlarını təkrar emal edir, evi gəzib işıqları söndürürmüş.
II Elizabet heç vaxt məktəbə getməyib və sarayda təhsil alıb. Əvvəllər avtomobili çox yaxşı idarə edib, amma onun heç vaxt sürücülük vəsiqəsi olmayıb.

Tarix: 10 sentyabr 2022
Baxış: 673

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş