Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
AzTV-dəki bu verilişin aparıcısı 5-ci dəfə dəyişdi

Aparıcı Xədicə Sənanqızı bir illik fasilədən sonra yenidən efirə qayıdır. 
Gender.Az axşam.az-a istinadən xəbər verir ki, o, AzTV-də fəaliyyətini davam etdirəcək. Xədicə bildirib ki, "1 AzTV" proqramına bu mövsüm özü aparıcılıq edəcək. 
"Yeni mövsümdə yenilənmiş AzTV-də "1 AzTV" ilə qarşınızdayıq. Axşam şousunda əsl konsert dadında canlı solo ifalara şahidlik edəcəyik" deyə, aparıcı bildirib.
O, ilk qonağının yaxın rəfiqəsi, Əməkdar artist Sevda Ələkbərzadə olacağını vurğulayıb. 
Qeyd edək ki, "1 AzTV" proqramına Hüsniyə Məhərrəmova, Şəhriyar Əbilov, Mehin Hümbətova, Əməkdar artist Həcər Ağayeva aparıcılıq edib. 
Xədicə sözügedən kanalda səhər verilişində aparıcılıq edirdi. Ötən il aparıcı kanalla yollarını ayırdığını açıqlamışdı.

Tarix: 13 sentyabr 2024
Baxış: 58

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş