Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Metronun bu stansiyasında təmirə başlanılacaq

“Bakı metrosunun “Həzi Aslanov” stansiyasının əsaslı təmir və modernləşdirilməsi ilə bağlı ilkin mərhələ işləri başa çatdırılıb”.
Gender.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, müvafiq texniki, maliyyə və digər məsələlərin həllindən sonra stansiyanın təmir işlərinin başlanılması gözlənilir.
“Bu barədə əlavə məlumatlar veriləcək. Bakı metrosunda həmin zaman qatarların hərəkət qrafiki əsas olmaqla baş verəcək dəyişikliklərin hər biri ətraflı şəkildə əvvəlcədən ictimaiyyətə təqdim olunacaq”, - deyə B.Məmmədov əlavə edib.

Tarix: 14 sentyabr 2024
Baxış: 72

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş