Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Zəngəzur boşalır, Basarkeçərdə əhali sayılır – Sərhəddə nələr yaşanır?

Erməni mediası və ekspertləri hökumətin Basarkeçərdə əhalinin sayımına başladığını iddia edir. Proses qarşı tərəfin ictimai rəyində ərazilərin Azərbaycana təhvil veriləcəyi kimi yozulur.
Bir qədər əvvəl isə Zəngəzurda əhalinin sayının azaldığı, ermənilərin yavaş-yavaş buranı tərk etməsi haqda xəbərlər tirajlandı. Bununla yanaşı, Kərkinin qaytarılmaq üçün hazırlandığı deyilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, Azərbaycan və Ermənistan arasındakı sərhədlər şərtidir və bu xətt istənilən vaxt tarixi torpaqlarımızın dərinliklərinə doğru dəyişə bilər:
“Ermənistanda belə iddialar zaman-zaman gündəmə gəlir. Bu ilk növbədə daxili siyasi intriqalarda qarşılıqlı ittihamlardan qaynaqlanır, lakin reallıqdan da uzaq deyil. Bala Göyçəyə çıxan Azərbaycan Ordusu Göyçə gölünə vizual nəzarət edir. Bu, şərti sərhədin tarixi torpaqlarımızın dərinliklərinə doğru çəkilməsinin mümkün olduğunu deməyə əsas verir”.


A.Nərimanlı bildirib ki, digər variant şərti sərhədlərin delimitasiya prosesində dəyişə biləcəyidir:
“Ermənistan SSRİ dağılanda mövcud olan sərhəd xəttinin əsas götürülməsini istəsə də, Azərbaycan bunu qəbul etmir. Danışıqlarda Azərbaycanın güclü mövqeyini nəzərə alsaq, o zaman SSRİ dövründə mövcud olan daha əvvəlki illərə aid xəritələrin baza prinsipi kimi qəbul ediləcəyi perspektivi istisna edilməməlidir. Bu halda Basarkeçər də daxil olmaqla tarixi torpaqlarımızın ən azı müəyyən hissəsinə nəzarəti bərpa etmək imkanı yarana bilər. Təbii ki, fors-major hallar proseslərin inkişafına müxtəlif formalarda təsir edəcək, lakin bölgədə güc balansını və Bakının hədəflərini nəzərə alanda belə bir perspektiv mümkündür”.
Tarix: 15 sentyabr 2024
Baxış: 132

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş