Rusiya Prezidenti Ukraynadakı son vəziyyətlə bağlı təcili iclas keçirib.
Bu barədə “General SVR” teleqram kanalında yazı dərc olunub. Kanalın bildirdiyinə görə, Rusiya Prezidenti Vladimir Putin Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin iştirakı ilə təhlükəsizlik və hərbi blokun rəhbərliyi ilə qapalı görüş keçirib.
Qapalı görüşə Xarici Kəşfiyyat Xidməti vasitəsilə prezidentə təqdim edilən hesabat səbəb olub. Hesabatda bildirilir ki, ABŞ hərbi-siyasi rəhbərliyi Rusiyanın hərbi məğlubiyyətinin zəruruiliyi barədə dəqiq qərar qəbul edib.
“Dünən Putin bu görüşü videobağlantı vasitəsilə keçirib. Görüşdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, FTX-nin direktoru Aleksandr Bortnikov, FTX xidmətlərindən birinin rəhbəri, direktor müavini, eləcə də qurumun iki nümayəndəsi, Rusiya Müdafiə Nazirliyi və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı, o cümlıədən Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak edib. İclasın əvvəlində Putin qəbul edilmiş hesabatı oxuyub və görüş iştirakçılarını məlumatların düzgünlüyünü nəzərə alaraq, hadisələrin inkişaf perspektivləri barədə fikirlərini bildirməyə dəvət edib.
Əvvəlcə Putin sözü Nikolay Patruşevə verib, lakin o, sözü Baş Qərargah nümayəndələrinə verməyi təklif edib. Bildirib ki, onlar cəbhədə müəyyən vaxtda yaranmış vəziyyəti yaxşı bildiklərinə görə, öz mövqelərini ifadə etsinlər.
Putin sözü Baş Qərargah rəhbərliyinin nümayəndəsinə verib. O, bir neçə sözlə hesabatda yer alan məlumatların ABŞ-ın planlarına uyğun olduğuna əminliyini ifadə edib və bundan sonra qoşunların artıq hücuma keçməyəcəyini söyləyib. O əlavə edib ki, tezliklə müdafiə üçün imkan olmayacaq və qısa şəkildə fikrini belə ifadə edib: “Siz, Vladimir Vladimiroviç, məğlub oldunuz!”
Bundan sonra o, susub. Generalın cəsarətinə səmimi heyran olan iclas iştirakçılarının şoku səbəbindən Patruşev tez müdaxilə edib: “Ali Baş komandanla bu nə danışıqdır?”.
Bundan sonra uzun fasilə yaranıb. Buna general yeni, daha az sərt olmayan bəyanatlarla cavab verməyə başlayıb və onu tələsik efirdən ayırıblar.
Putin bunun Baş Qərargahın və Müdafiə Nazirliyinin mövqeyi olub-olmadığını soruşub və dərhal əmin olub ki, bu, nə Baş Qərargahın, nə də Müdafiə Nazirliyinin rəhbərliyinin mövqeyidir, sadəcə olaraq bir şəxsin cəbhədəki uğursuz hərəkətlərə görə məsuliyyəti öz üzərinə götürmək istəməməsidir.
Yarım saatdan çox çəkməyən görüşdən sonra prezident tutqun şəkildə susub, qalanları isə təmkinli nikbinlik nümayiş etdiriblər.
Patruşev Ukrayna ilə həmsərhəd regionlardakı vəziyyəti və Belqorod vilayətində problemləri müzakirə etməyə başlayıb. Onun sözlərinə görə, təxribat nəticəsində şəhərin bir hissəsi işıqsız və susuz qalıb.
Bu zaman Putin hesabatı yarımçıq saxlayıb və söyüş söyərək deyib: “İndi sən mənə Belqoroddan niyə danışırsan? Orada demək olar ki, ancaq ukraynalılar yaşayır. Onlar orada öz adamlarını öldürürlər. Onsuz da problemlərimiz boğazdan yuxarıdır. Bəsdir.”
Sonra o, iclası yekunlaşdırıb.
Bu, son bir neçə gündə prezidentdən narazılığını üz-üzə bildirən hərbi komandanlıq nümayəndələri ilə bağlı ikinci insidentdir. Birinci hadisə sərxoşluqla əlaqələndirilib. Lakin dünən prezidentin üzünə açıq-aydın hər şeyi demək, şikayət etmək istəyi var idi. Hərbi rəhbərlik yaxşı bilir ki, Putin hərbi blokun rəhbərliyində “günah keçisi” axtardığı üçün yeni növbəti narazılıqlar gözləməliyik”, – deyə general yazıb. \\KONKRET.az