"Sertifikasiyanın nəticələrinin bu formada ictimailəşdirilməsi təhsilimizin inkişafına töhfə vermir" - Deputat
“Azərbaycan təhsilində müsbət dəyişiklikləri və islahatları vacib hesab edirəm. Müəllimlərin sertifikasiyasını da dəstəkləyirəm. Bu cür təhlillərə və araşdırmalara ehtiyacın olduğunu düşünürəm. Ancaq hesab edirəm, sertifikasiyanın nəticələrinin bu formada ictimailəşdirilməsi təhsilimizin inkişafına töhfə vermir”.
Bunu deputat Ceyhun Məmmədov bildirib.
“Nə üçün? Birinci ona görə ki, bu müəllimlərimizin əhval-ruhiyyəsinə və motivasiyasına müsbət yox, mənfi təsir göstərir. İkinci şagirdlərin müəllimlərə inamını zədələyir. Ona görə bu cür nəticə və məlumatlardan xidməti məqsədlə istifadə daha məqsədəuyğundur. Bu gün biz gücümüzü daha çox müəllimlərin əhval-ruhiyyəsini yüksək saxlamağa yönləndirməliyik. Əlbəttə, qüsur və xəta varsa, ciddi cəza da olmalıdır” – C.Məmmədov qeyd edib. \\Pravda.az
Tarix: 08 sentyabr 2022
Baxış: 368
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş