4 erməni hərbçi ilə bağlı QƏRAR VERİLDİ
Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində olmaqda ittiham olunan 4 nəfər barəsində kassasiya şikayətinə baxılıb.
Gender.az Ali Məhkəməyə istinadən xəbər verir ki, onların kassasiya şikayəti qismən təmin edilib. Həmin şəxslərə verilən cəzalar azaldılıb və barələrində qəti olaraq 1 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Ermənistan vətəndaşı olan 4 nəfərin cəza müddəti başa çatdığından onlar azadlığa buraxılıb.
Lakin hökmlərində qeyd edilib ki, cəza müddəti başa çatan şəxslər Azərbaycan hüdudlarından dərhal çıxarılmalıdır.
Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 6 il müddətinə azadlıqdan məhrum edilib.
Tarix: 08 sentyabr 2022
Baxış: 373
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş