Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Erməni politoloq: “Vəziyyəti dəyişməsək, erməni tarixinin son səhifəsini vərəqləyəcəyik”

“Vəziyyəti dəyişdirə bilməsək, Qarabağı itirməklə erməni tarixinin son səhifəsini vərəqləyəcəyik”. Bunu erməni politoloq Tevan Poğosyan deyib.

O qeyd edib ki, ermənilərin maraqlarını özləri düşünməlidir,

“Şarl Mişel bizim maraqlarımız haqqında düşünməlidir? Xeyr, o, Aİ haqqında düşünəcək, Rusiya Federasiyasını regiondan sıxışdırıb çıxaracaq. İran əvvəllər sərhədlərin dəyişdirilməsinin yolverilməzliyindən danışırdı, indi isə ancaq deyir ki, İranla Ermənistan arasında sərhəd olmalıdır. Rusiya sülhməramlıları da Qarabağa özlərinin, Rusiyanın maraqlarına xidmət etmək üçün gəliblər, bura “gözəl gözlərimizə” görə gəlməyiblər, yoxsa müharibənin birinci günündə gələrdilər”, - deyə erməni politoloq vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Rusiya sülhməramlılarının beşillik müddətin sonuna qədər Qarabağı tərk etməsi üçün hər şeyi edəcək.

“Ona görə də sülh istəyirsəninizsə, müharibəyə hazırlaşın. Əgər sülh istəsəydik, bunu edərdik. Sülh müqaviləsi isə Ukrayna, Suriya və digər münaqişə zonalarında təmin edildiyi kimi Ermənistanın da suverenliyinə təminat verir”, - deyə politoloq bildirib.

O qeyd edib ki, geosiyasi dəyişikliklər dövründə heç kim sənədlərə baxmır, gücə baxır. \\Ordu.az
 
Tarix: 01 sentyabr 2022
Baxış: 399

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş