Mirzoyan fransalı həmkarı ilə Qarabağı müzakirə etdi
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə telefon danışığı aparıb.
Gender.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, A.Mirzoyan fransalı həmkarına Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regionda sülhün bərqərar olması ilə bağlı yanaşmalarını təqdim edib.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin təşviqində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolunu vurğulayıblar. \\Konkret
Tarix: 25 avqust 2022
Baxış: 372
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş