Polşa Rusiyaya xəbərdarlıq etdi
Polşa Rusiyanın Kalininqrad vilayətində hipersəs raketləri yerləşdirməsinə NATO nizamnaməsinin kollektiv müdafiə ilə bağlı beşinci maddəsinin aktivləşdirilməsinə qədər adekvat cavab verməyə hazırdır.
Bunu Polşa Müdafiə Nazirliyinin dövlət katibi Voytsex Skurkeviç deyib.
“NATO-nun şərq cinahında yerləşən bir ölkə olaraq biz təhlükəni tam dərk edirik və addımlarımız Rusiyanın gördüyü hərəkətlərə adekvat olacaq”- deyə, o bildirib.
O əlavə edib ki, real təhlükə yaranarsa, NATO Nizamnaməsinin 5-ci maddəsi avtomatik olaraq işə düşəcək, burada “hamı üçün, hamı bir nəfər üçün” düsturu yer alır.\\Konkret
Tarix: 20 avqust 2022
Baxış: 427
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş