Redaktor seçimi
    "Tavuşda elə yerlər var ki, bizə qaytarılmalıdır" - Sanosyan
Xəbər lenti
Reklam
Avropada qaz böhranı: Qışa hazırlıq necə gedir?

Avropa ölkələri qış mövsümünə qədər enerji təchizatını təmin etmək üçün həll yolları axtarsalar da, indiyədək atılan heç bir addım həll yolu olmayıb.
Regionda enerji xərcləri artdıqca qənaət paketləri tətbiq olunub. Yaxınlaşan qış mövsümi öncəsi yaşanan enerji böhranının dərinləşməsi artıq bölgədəki istehlakçıları da düşündürməyə başlayıb.
Rusiya və Ukrayna arasındakı müharibə onsuz da enerji problemi ilə mübarizə aparan Avropada böhranı daha da dərinləşdirmişdi.
Bu prosesdə açıqlanan embarqo qərarları və Rusiyanın enerji kozurundan geri çəkilməməsi Avropanı dalana sürüklədi. Rusiyadan asılılıqdan qurtulmaq üçün mübarizə aparan Avropa ölkələri enerji səfərbərliyi elan etsə də, Rusiyadan təbii qaz nəqlinin azalması və embarqo qərarlarının təsiri ilə qış mövsümündə Avropada böhranın dərinləşəcəyi gözlənilir. 
Rusiyadan aldıqları qazı kompensasiya etmək üçün alternativ tapa bilməyən Avropa ölkələrini istehlakın yüksək olduğu qış mövsümündə daha çətin günlər yaşaya biləcəyi bildirilir. Yaşanan problemlər artıq Aİ ölkələrində istehlakçıları düşünməyə vadar etməyə başlayıb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Avropa İttifaqı (Aİ) ötən ilin iyul ayında Rusiyadan gündəlik təxminən 300 milyon kubmetr qaz idxal etdiyi halda, 2022-ci ilin iyul ayına bu rəqəm 100 milyon kubmetrdən aşağı düşüb.
Beləliklə, Aİ-nin Rusiyadan aldığı təbii qazın həcmi bir ildə 70 faiz azalıb. Almaniyanın enerji bazarının tənzimləyicisi, Avropanın istehsal bazası və ən böyük iqtisadiyyatı olan “Bundesnetzagentur” (BNetzA) şirkətinin prezidenti Klaus Müller bəyan edib ki, Rusiya qaz təchizatını tamamilə kəsərsə, ölkədəki qaz anbarları tələbatı maksimum 2,5 ay ödəyə biləcək.  
Almaniya istehlakçılara əlavə vergi tətbiq edir
Avropa ölkələri arasında Almaniya qazın kəsilməsinə ən həssas ölkə kimi görünür. Müharibədən əvvəlki dövrdə qaza görə Rusiyadan asılı olan ölkə müharibədən sonra da qaza olan tələbatının 35 faizini Rusiyadan qarşılayırdı. İndi qışı əlində məhdud enerji ilə keçirməli olan Almaniya qiymət artımından sonra qaz təchizatı şirkətlərinə dəstək məqsədilə oktyabrın 1-dən bütün istehlakçılara əlavə vergilər tətbiq etməyə hazırlaşır.
İqtisadiyyat Nazirliyi son açıqlamasında müvəqqəti əlavə verginin oktyabrın 1-dən qüvvəyə minməsinin və 2024-cü il aprelin 1-də başa çatmasının planlaşdırıldığını açıqlayıb. Əlavə vergi tarifinin hesabları hər ailə üçün təxminən 500 avro artıracağı gözlənilir”. \\Cebhe.info

Tarix: 19 avqust 2022
Baxış: 385

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş