Redaktor seçimi
    "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident
Xəbər lenti
Reklam
“Sirab”ın tərkibindən minerallar çıxarılır? — AÇIQLAMA

“Sirab” suyunun mineral tərkibi eyniadlı şirkətin rəsmi saytında yerləşdirilən məlumatla uzlaşmır.
Bu barədə bir müddət öncə ekoloq Rövşən Abbasov araşdırma aparıb.
Məlum olub ki, qazsız suda mineralların miqdarı həddən artıq azdır, böyük ehtimalla, onun tərkibindən minerallar çıxarılır. Yəni içdiyimiz Sirab bulaqdakı Sirab deyil.
Ekoloq Sirab suyun əsas komponentləri və onların konsentrasiyasını da bölüşüb:
Mineral Qazlı Qazsız Mg/l
Maqnezium 93-340 0,35
Kalsium 200-400 4,39
Natrium 93-340 7,27
Kalium 7-10 0,26
Sulfat 150-300 0,47
Hidrokarbonat 1000-2000 36,6
Xlorid 10-150 0,54
CO2 117-350
Sözügedən araşdırma ilə bağlı Pravda.az “Sirab”ın Bakı ofisinə  sorğu göndərib.
Şirkətin əməkdaşı qısa vaxt ərzində məsələyə aydınlıq gətirələcəyini, açıqlama veriləcəyini deyib. İki həftəyə yaxın (11 gün) keçməsinə, saytımız tərəfindən xatırlatma edilməsinə baxmayaraq, hələ də heç bir açıqlama verilməyib. \\Konkret

Tarix: 13 avqust 2022
Baxış: 355

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş