İran XİN ermənini Baş konsul təyin etdi
İran Ermənistanın Zəngəzur bölgəsinə baş konsul təyin edib.
Abedin Varamin İranın bu bölgədə diplomatik korpusunun rəhbəri təyin edilib. Bunu avqustun 11-də NEWS.am-a müsahibəsində İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan deyib. Onun sözlərinə görə, konsul İrəvandadır və artıq görüşlər keçirib. “O, artıq vəzifəsinin icrasına başlayıb”, – Beqlaryan əlavə edib.
Millət vəkili təəssüflə qeyd edib ki, bürokratiyaya görə konsulun birbaşa öz işinə keçməsi prosesi bir az yubanıb. “Bildiyim qədər, Baş Konsulluğun yerləşəcəyi bina hələ hazır deyil”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Baş konsulluğun əsas iqamətgahı Azərbaycanın tarixi şəhəri olan Qafanda yerləşir.
Bundan əvvəl İranın Qafandakı Baş Konsulluğunun böyük ehtimalla 2022-ci ildə açılacağı bildirilirdi. \\KONKRET.az
Tarix: 12 avqust 2022
Baxış: 457
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş