Azərbaycanda BİABIRÇILIQ: Arvadına əsəbiləşib nələr etdi - Yüksək çinli məmurlar işə qarışdı
Ötən gün Yevlax şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsinin yeni təfərrüatı məlum olub.
Gender.az bildirir ki, Oxu.az-a danışan hadisə şahidləri iddia edirlər ki, yanğına 1977-ci il təvəllüdlü Murad Əliyev səbəb olub.
Onların sözlərinə görə, daim sərxoş vəziyyətdə olan Murad Əliyevin həyat yoldaşı ilə mütəmadi olaraq ailə-məişət zəminində münaqişələri olub. Onun həyat yoldaşı bu hala artıq dözə bilmədiyindən evi tərk edib. Bundan daha da hiddətlənən Murad Əliyevin avqustun 9-u saat 18 radələrində yenə içkili vəziyyətdə evə gəldiyi və qəsdlə evi yandırdığı iddia edilir.
Bundan sonra yanğın bütün binaya yayılıb. Qonşular evlərindən heç bir əşya çıxara bilmədiklərini deyirlər. 300-dən çox sakin yanan binadan təxliyə edilib.
Tarix: 10 avqust 2022
Baxış: 372
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş