Redaktor seçimi
    "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident
Xəbər lenti
Reklam
Şuşadan və Hadrutdan qaçan ermənilər İrəvanda etiraz aksiyası keçirdi

Hadrut və Şuşadan çıxarılan ermənilər, ATƏT-in Minsk qrupu həmsədrləri olan ölkərlərin səfirlikləri qarşısında  etiraz aksiyası keçiriblər.
Gender.az "Sputnik-Ermənistana" istinadən xəbər verir ki, məcburi köçkünlər, Rusiyanın, Amerika Birləşmiş Ştatları və Fransa səfirliklərinə müraciət məktubu göndiblər.
Aksiya iştirakçılarının ilk olaraqi Rusiya səfirliyinə təqdim etdikləri məktubda onları narahat edən məsələləri qeyd ediblər. Bu, Qarabağ  ərazisində yaşayan ermənilərin təhlükəsizliyi və 9 noyabr 2020-ci il tarixli razılaşmanın həyata keçirilməsi ilə bağlıdır.
Köçkünlərin növbəti hədəfləri ABŞ və Fransa səfirlikləridir. 
Xatırladaq ki, Şuşadan və Hadrutdan qaçan ermənilər daha əvvəl Birləşmiş Millətlər Təşkilatının  və Ermənistan Hökümət binası qarşısında etiraz aksiyası təşkil ediblər.
Rəsmi məlumata görə, qaçqınlıq statusu tələb edən ermənilər Ermənistan pasportuna malikdirlər və buna görə də, status almaq üçün müəyyən edilmiş meyarlara uyğun gəlmirlər. \\Redaktor

Tarix: 08 avqust 2022
Baxış: 380

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş