Xəbər lenti
Reklam
Ukraynada deputatların diplomatik pasportları ləğv edildi

Ukrayna Xarici İşlər Nazirliyi Ali Radanın 225 deputatının diplomatik pasportlarını ləğv edib.
Bu  barədə UNİAN məlumat yayıb.
Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, diplomatik pasport sırf rəsmi ezamiyyət üçün istifadə edilməlidir. Şəxsi səyahət üçün bu sənəddən istifadə yolverilməzdir. Qanuna görə, səfərdən qayıdan şəxs ən geci 10 gün müddətində pasportu saxlanmaq üçün XİN-ə qaytarmalıdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq deputatların çoxu sənədi qaytarmayıb. Bu səbəbdən qaytarılmayan 225 pasport ləğv edilib. \\Demokrat.az
Tarix: 06 avqust 2022
Baxış: 449

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş