Redaktor seçimi
    Bakıda bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək - SİYAHI
Xəbər lenti
Reklam
Xamenei-Ərdoğan görüşü sonrası növbəti gərginlik: Əsəd qüvvələri və kürd terrorçuları hərəkətə keçir!


Türkiyə ilə Suriya arasında gərginlik yenidən alovlanır. Belə ki, Bəşər Əsədə bağlı Suriya ordusu Fərat çayının şərqinə, Türkiyə sərhədinə yaxın əraziyə əlavə qoşun yeritməyə başlayıb. Əsəd rejiminə bağlı qüvvələr kürd terrorçularla birlikdə hərəkət edirlər.
Nə baş verir?
Aydın məsələdir ki, indiki məqamda Əsəd rejiminə bağlı qüvvələrin kürd terrorçular ilə bilikdə Türkiyə sərhədinə yaxın əraziyə əlavə qoşun yeritməsi təsadüfi deyil. Xüsusilə də burada diqqətçəkən ən vacib məqam bu prosesin məhz Astana üçlüyünün Tehran sammiti sonrası baş verməsidir. Bundan öncə isə İraqın şimalında yerləşən Zaho rayonunda 8 nəfərin ölümü, 23 nəfərin isə yaralanmasına səbəb olan hücum sonrası İraqda Türkiyə əleyhinə etirazların başlaması paytaxt Bağdadda Türkiyə Mədəniyyət mərkəzindəki türk bayrağını endirilməsi kimi hadisələrdə diqqət çəkmişdi. 
Hər iki proses ondan xəbər veri ki, Tehran sammitində Türkiyə, Rusiya və İran liderləri konkret razılığa gələ bilməyib. Bunu təsdiqləyən digər bir fakt da son günlər Rusiyanın Suriyadakı hərbi kontingetini artırmasıdır. Əsəd ordusunun olduğu ərazilərdə Rusiyanın hərbi helikopterləri patrul xidməti aparması da vacib nüanslardadır. 

İraqda hibrid Suriyada Lokal müharibə

Hesab edirəm Tehran sammitində Rusiyadan daha çox İran ilə Türkiyə razılığa gələ bilməyib. Aydın məsələdir ki, rəsmi Tehran Ankaranın bir müddətdir anonsunu verdiyi Suriyanın şimalında başladacağı yeni antiterror əməliyyatlarından narazıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı ali dini lider Seyid Əli Xamenei ilə görüşdə də bu hiss olundu. Belə ki, İran ali dini lideri Xamenei görüş zamanı Türkiyənin mümkün əməliyyatlarına işarə edərək “Suriyanın şimalında hər hansı hərbi addım Türkiyənin də, Suriyanın da zərərinə olacaq” dedi.
Onun bu sözləri sonrası əvvəl İraqda Zaho insidenti və antitürkiyə aksiyalarının keçirildi indi isə İranın da dəstəklədiyi Əsədin Türkiyə sərhədinə hərbi qüvvələr cəmləyir. Hər iki hadisə  proseslərin pərdə arxasında İranın olduğunu göstərir. 
İran Əsəd kartını oynayaraq Ankaranı ehtimal antiteror əməliyyatlarından çəkindirməyə çalışır. Yəni antiterror əməliyyatları başlasa Türkiyənin qarşısında terroristlər deyil, Suriya ordusu olacaq mesajı verilməyə çalışılır. 

Türkiyə Əsəd qüvvələri ilə hərbi qarşıdurmaya gedə bilər?

Əvvəla, onu deyim ki, Türkiyə Suriyanın şimalında antiterror əməliyyatı keçirməkdə qərarlıdır. Hətta Prezident Rəcəb Tayyib Ərdoğan Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətində olduqlarını deyib. Yəni Ankaranın indiki mənada geri addım atacağı inandırıcı deyil. Bununla belə Türkiyənin Əsəd qüvvələri ilə toqquşmaya girməsi də inandırıcı deyil. 
Məsələ ondadır ki, rəsmi Ankaranın apardığı antiterror əməliyyatları BMT nizamnaməsinin 51-ci maddəsinə əsaslanır. Türkiyə də bu minval ilə Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətindədir. Ancaq türk qüvvələrinin ehtimal Əsəd qüvvələri ilə toqquşması prossesi antiterror əməliyyatları kontekstindən çıxarıb iki ölkə arasında müharibə konteksinə keçə bilər. Düşünmürəm ki, Ankaranın belə bir niyyəti olsun. Ehtimal ki, Ankara  və belə bir ssenaridən yayınamağa çalışacaq. 
Proses bu ssenari üzrə cərəyan etsə bu zaman Kremlin prossesə müdaxiləsi qaçınılmazdı. Həm İran, həm də Rusiya yaxşı bilir ki, Əsədin Türkiyə qarşısında şansı yoxdur. Əsəd Türkiyəni qarşısına alsa bu onun hakimiyyətinin sonu deməkdir. 

Turan Rzayev
Gender.az
Tarix: 25 iyul 2022
Baxış: 400

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş