Redaktor seçimi
    Bakıda bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək - SİYAHI
Xəbər lenti
Reklam
"Avropa üçün artıq "Dağlıq Qarabağ" yoxdur, sadəcə etnik qrup var" - Aşotyan

“Rəsmi Brüssel “Dağlıq Qarabağ” terminindən tamamilə imtina edib”.
Bu barədə “Ermənistan” partiyasının sədr müavini Armen Aşotyan Facebook-da canlı yayımda bildirib.
“Mən Avropa İttifaqının Azərbaycanla əlaqələrini ümumiləşdirən bir rəsmi sənədlə tanış oldum.
Bu mətndə heç yerdə “Dağlıq Qarabağ”ın adı çəkilmir, sadəcə olaraq belə bir ifadə yoxdur. Yalnız bir dəfə “Qarabağ” adı çəkilir, vəssalam. Bu, onu deməyə əsas verir ki, “Dağlıq Qarabağ” artıq Avropa üçün yoxdur və bütün bunlar Nikol Paşinyan kimi cahilin ucbatındandır. Bu onun nəticəsidir ki, Nikol Brüsseldə artıq razılaşıb ki, “DQ” yoxdur, sadəcə etnik qrup var”, – deyə Aşotyan bildirib. \\KONKRET.az

Tarix: 23 iyul 2022
Baxış: 499

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş