Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
"Putinin psixi və ya fiziki cəhətdən tükənməsi barədə sübutlarımız yoxdur" - MKİ direktoru

"Putin Donbasda müəyyən uğur qazanıb, amma bunun bədəli çox böyük olub..."
"Ukraynaya müqavimət göstərmək imkanı olması üçün silah tədarükümüzü davam etdirməliyik..."
"Putin NATO-nu dağıda biləcəyini güman edərək yanılıb və strateji uğursuzluğa düçar olub..."
MKİ direktoru Rusiyanın Ukraynadakı itkilərini açıqlayıb və Rusiya prezidentinin psixi və fiziki vəziyyətini dəyərləndirib
Rusiya Donbasa hücumunun gedişində müəyyən uğur qazanıb, lakin bunun üçün çox yüksək bədəl ödəməli olub-15 min hərbçi həlak olub və 45 min hərbçi yaralanıb. Bu barədə Kolorado ştatının Aspen şəhərində təhlükəsizlik üzrə Forumda çıxış edərkən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns bəyan edib.
Məlumatı NBC nəşri yayıb.
Bernsin sözlərinə görə, bir sıra yanlış gümanlara əsaslanan və Rusiya üçün fəlakətli olan mübaribə başlanandan sonra Rusiya qoşunları Ukraynanın şərqində müharibənin özlərinin ənənəvi aparılma metoduna əl ataraq, dinc əhali arasında qurbanlara baxmayaraq, şəhərlər üzərinə kütləvi artilleriya və aviasiya zərbələri endirib.
MKİ direktorunun sözlərinə görə, Rusiya Donbasda dar bir ərazi zolağında 10-15 km irəliləyərək, müəyyən uğurlar əldə edib. Lakin bu uğurlar üçün böyük bədəl ödənilib.
ABŞ-ın dəyərləndirmələrinə görə, 15 min rusiyalı əsgər həlak olub, üç dəfə artıq əsgər yaralanıb.
Berns dəqiqləşdirib ki, Ukraynanın da itkilərinin belə yüksək olması güman edilir.
Uilyam Berns hesab edir ki, ukraynalıların "biz onlara silah və döyüş sursatları ilə dəstək verərkən, onlar da bundan səmərəli istifadə edərkən", müqaviməti davam etdirmək imkanı olmalıdır.
MKİ direktorunun dəyərləndirməsinə görə, Putin NATO alyansını dağıda biləcəyini güman edərək yanılıb. Bunun yerinə NATO yeni həmkarlarını-Finlandiya və İsveçi salamlayır və öz qoşunlarını Rusiyanın sərhədlərinə daha da yaxın yerləşdirir.
"O, düşünüb ki, çox tez bir zamanda Ukrayna üzərində öz hökmranlığına nail olacaq, - Berns deyib. - Buna Putin və Rusiya üçün bu mərhələdə strateji uğursuzluq kimi baxmamaq çətindir".
Nəhayət, Uilyam Berns məlumat verib ki, MKİ-nin əlində Putinin psixi və ya fiziki cəhətdən tükənməsi barədə sübutları yoxdur.
"Prezident Putinin sağlamlığı barədə çoxlu şayiələr dolaşır, bizim gümanımıza görə, o, kifayət qədər sağlamdır", - Berns çıxışına yekun vurub. \\Moderator.az

Tarix: 21 iyul 2022
Baxış: 428

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş