Rusiyada ŞOK İSTEFA: Putinin ən yaxın adamı istefa verdi
Rusiya prezidenti Vladimir Putini bu dəfə ən ağır zərbəni öz dostu vurub. Gender.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın BMT-dəki müşaviri Boris Bondarev istefa verib. Bunu mətbuata açıqlamasında Bondarev özü verib.
Qeyd edək ki, o, 17 il bu vəzifədə çalışıb. Boris Bondarev açıqlamasında bildirib ki, Ukraynada gedən döyüşlərə görə heç vaxt ölkəsindən bu qədər utanmayıb.
”Putinin başlatdığı bu müharibə aqressiyadır. Rusiyanın artıq müttəfiqləri yoxdur. Rusiyanın xarici işlər naziri diplomatiya ilə məşğul deyil. Gələcəkdə ölkə getdikcə deqradasiyaya uğrayacaq və dünyadan təcrid vəziyyətinə düşəcək.”- deyə Bondarev bildirib.
Qeyd edək ki, Boris Bondarev Vladimir Putinin ən sadiq adamlarından hesab edilirdi. \\Alp.az
Tarix: 23 may 2022
Baxış: 336
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş