Redaktor seçimi
    Dövlət Başçısı ailə üzvləri ilə bir arada
Xəbər lenti
Reklam
“Caliber.Az” Ermənistan MTX-nin nəfəsini kəsib: “Ermənistandakı desantımız haqqında...” - VİDEO

Təxminən iki həftədir Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatçıları sözün əsl mənasında burunları ilə yer qazıb, Caliber.Az jurnalistlərinin “daşlar diyarı”na səfər etməsi faktını araşdırıblar.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilib.
“Əldə etdiyimiz məlumata görə, Caliber.Az-ın əməkdaşlarının hazırladığı reportaj həm Ermənistan cəmiyyətində, həm də hakimiyyətdə partlayan bomba effekti yaradıb. Bu, heç də səbəbsiz deyil. Ermənistana daxil olan Caliber.Az jurnalistləri ölkəni başdan ayağa gəzərək avtoxton Azərbaycan xalqının mədəni-tarixi irsinin ermənilər tərəfindən dağıdılmasına dair sübutlar toplayıblar.
Təbii ki, xüsusi xidmət orqanlarının uğursuzluğu həmişə bezdirici, üzücüdür, lakin hətta Mossad və MKİ kimi güclü təşkilatların da uğursuzluqları olur, qaldı ki, işi yalnız rejimə etiraz edən müxalifətçilərə qarşı mübarizə aparmaq olan Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti ola”, - deyə videomaterialda qeyd olunub.
Daha ətraflı “Caliber”in yeni süjetində:
 

 

Tarix: 19 may 2022
Baxış: 417

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş