Bakıda əxlaqsızlıq yuvaları saxlayan iki nəfər saxlanılıb.
Hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, Səfərov Elşən Yaqnəli oğlu və Seyfiyev Səyavuş Məhərrəm oğlu əxlaqsızlıq yuvaları saxladığına görə tutulub.
Onların barəsində Cinayət Məcəlləsinin 244.2.1-ci (Əxlaqsızlıq yuvaları saxlama, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşdırılara baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
İş hakim Günel Səmədovanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd: Məhkəmədə cinayət işi sübuta yetirlərsə, hər iki şəxsi üç ildən altı ilədək müddətinəə azadlıqdan məhrumetmə cəzası gözləyir. \\Pravda.az