“McDonalds” Rusiya bazarından GETDİ
Dünyaca məşhur "McDonald's" restoranlar şəbəkəsi Rusiya bazarını tərk etdiyini və buradakı biznesi satışa çıxardığını açıqlayıb.
Baş direktoru Kris Kempçinskiyə məsələ ilə bağlı açıqlamasında bunun Ukraynadakə vəziyyətlə əlaqədar olduğunu bildirib. O, Rusiya bazarını tərk etməyin şirkətə vurduğu itkini 1,2 milyarddan 1,4 milyard dollara qədər olduğunu əlavə edib.
Qeyd edək ki, "McDonald's" Rusiyada 1990-cı ildən fəaliyyət göstərirdi. Bu ilin 14 mart tarixindən etibarən Rusiyadakı 850-yə yaxın restoranını bağlamışdı. \\Axşam.az
Tarix: 16 may 2022
Baxış: 237
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş