"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü planlaşdırılır" - Paşinyan
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü planlaşdırılır.
Gender.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Hollandiyada Beynəlxalq Münasibətlər İnstitutunda mühazirə zamanı deyib.
"Yaxın vaxtlarda demarkasiya və delimitasiya üzrə nümayəndələrimizin görüşü planlaşdırılır, həmçinin xarici işlər nazirlərinin görüşü baş tutacaq. Biz çox çətin yollardan keçmişik, amma bu gün məndə dərin əminlik var ki, düzgün yoldayıq”, - Paşinyan bildirib.
Tarix: 11 may 2022
Baxış: 159
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş