Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Sofiya-Bakı aviareysi bərpa oluna bilər

Bolqarıstanla Azərbaycan arasında birbaşa Sofiya-Bakı aviareysləri bərpa oluna bilər. 
AZAL-dan Gender.az-a verilən məlumata görə, qeyd olunan məsələ AZAL prezidenti Cahangir Əsgərovla Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov arasında keçirilən işgüzar görüşün müzakirə predmeti olub.
AZAL prezidentinin sözlərinə görə, Azərbaycanın bütün hava limanlarında beşinci və yeddinci dərəcəli hava məkanı azadlığı tətbiq edilir. C. Əsgərov qeyd edib ki, bu azadlıqlar bütün xarici aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşları heç bir məhdudiyyət qoyulmadan yerinə yetirməyə imkan verir.
Səfir N. Yankovun sözlərinə görə, gələcək qarşılıqlı faydalı və sıx əməkdaşlıq iki ölkə arasında işgüzar və mədəni əlaqələrin inkişafına xidmət edəcək.

Tarix: 14 mart 2022
Baxış: 145

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş