Xəbər lenti
Reklam
Terminallar vasitəsilə kredit ödənişlərinə komissiya tətbiq edilir?

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu aydan MilliÖn və E-manat terminalları ilə kredit ödənişlərinə 1% komissiya tətbiq edilir.
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq E-manat şirkətindən bildiriblər ki, şirkət müştəriyə 1% komissiya tətbiq etmir.
"Bu komissiyalar banklar tərəfindən tətbiq edilir. Komissiya standart olaraq 1% deyil, fərqli ola bilər. Bu məlumatlar terminalın interfeysində (terminalın birinci səhifəsində) yer alıb. Orada da bank komissiyasının məbləği göstərilir. E-manat müştərinin kredit ödənişinə birbaşa olaraq hər hansı komissiya tətbiq etmir", - şirkətdən bildiriblər.
MilliÖn-dən isə agentliyə bildirilib ki, şirkət müştəriyə komissiya tətbiq etmir.
"Komissiya banklar tərəfindən tətbiq edilir", - deyə şirkətdən məlumat verilib.

Tarix: 20 sentyabr 2024
Baxış: 104

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş