Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Polis rəisi hakimi öz otağında qətlə yetirdi

ABŞ-ın Kentukki ştatının Letçer şəhərində hakim Kevin Mullins öz ofisində güllələnib.
Gender.Az axar.az-a istinadən xəbər verir ki, onun ölümündə rayon polis rəisi Makkey Steyns ittiham olunur.
ABŞ mediasının məlumatına görə, polis rəisi Steyns Mallinslə təkbətək danışması lazım olduğunu deyərək, hər kəsdən otağı tərk etməyi xahiş edib. Onlar qapını bağlayıblar, bir müddət sonra atəş açılıb.
Steyns ofisdən əllərini yuxarı qaldıraraq çıxıb və polisə təslim olub.
Qətlin motivləri hələlik dəqiqləşdirilməyib. "Assoşeyted Press" yazıb ki, qətlə səbəb polis rəisi ilə hakim arasında məhkəmə binasında baş verən mübahisə ola bilər.

Tarix: 21 sentyabr 2024
Baxış: 132

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş