Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Pensiyaçılara ŞAD XƏBƏR: Sədr müavini rəsmən elan etdi

“Pensiyaçılara verilən birdəfəlik maddi yardımlar gələcəkdə pensiyanın təkibində hesablanacaq”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev “Sosial saat”da deyib.
O bildirib ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilən şəxslərə gələcəkdə veriləcək artımlar yeni qaydada hesablanacaq:
“Hərbçilərin pensiya məbləğində vəzifə maaşı müəyyən məbləği təşkil edir. Ötən ilin sonlarında müvafiq sərəncamla hərbi rütbəli şəxslərin vəzifə maaşlarına 20 % məbləğində əlavə edilib. Hesablama göstərirdi ki, bu da onların əmək pensiyalarının artımının 9,2 % məbləğində olması idi. Ancaq yeni sərəncamla olacaq maddi yardım isə 10 % təşkil edir. Hətta bu hər kəsin əmək pensiyasının 10 % məbləğindədir”.
Z.Mirzəyev əlavə edib ki, pensiyaçının vəzifə maaşlarında artım məfhumu yoxdur:
“Hərbi qulluqçunun vəzifə maaşında artım ola bilər. Pensiyaçı olan dövlət qulluqçusunun vəzifə maaşı ola bilməz”. \\32gun.az

Tarix: 12 mart 2022
Baxış: 151

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş