Prezident sərəncam imzaladı - Müddət uzadıldı
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
Gender.az xəbər verir ki, Məcəllənin 164.1.51-ci maddəsində “2 il” sözləri “3 il” sözləri ilə əvəz edilib.
Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti 2023-cü ilin yanvarın 1-dək artırılıb.
Tarix: 13 yanvar 2022
Baxış: 174
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş