ATƏT sərhəddəki gərginliklə bağlı bəyanat YAYDI
ATƏT-in Polşadakı hazırkı sədrliyi Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı dərin narahatlığını ifadə edir.
Gender.az xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında dərc olunan bəyanatda deyilir.
“Biz güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlayan siyasi dialoqu davam etdirməyə çağırırıq. Polşa ATƏT-ə sədrlik edərək regionda davamlı sülhün qurulması və davamlı inkişafı təşviq etmək üçün səyləri yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləməyə sadiqdir.
Biz bununla bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyirik. Biz həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Polşadan olan şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin işinin davam etdirilməsinə güclü dəstəyimizi bir daha bildiririk”, - deyə bəyanatda qeyd olunub.
Tarix: 12 yanvar 2022
Baxış: 171
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş