Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının növbədənkənar toplantısında İŞTİRAK EDƏCƏK
Türk Dövlətləri Təşkilatının 11 yanvar 2022-ci il tarixində baş tutacaq təşkilata üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin növbədənkənar toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur.
Bu barədə Gender.az Azərbaycan XİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Türkiyənin təşəbbüsü ilə baş tutacaq toplantı videokonfrans formatında keçiriləcək.
Tarix: 07 yanvar 2022
Baxış: 142
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş