Redaktor seçimi
    Dövlət Başçısı ailə üzvləri ilə bir arada
Xəbər lenti
Reklam
Kadırov etirazçılara səsləndi: “Əziz qazax qardaş və bacılar Dayanın! bu, xeyirə aparmayacaq”

Çeçenistan rəhbəri Ramzan Kadırov Qazaxıstandakı iğtişaşların iştirakçılarına müraciət edərək, onları öz gələcəkləri naminə dayanmağa səsləyib.
Kadırov etirazlardan sonra qazaxıstanlıların vəziyyətinin əvvəlkindən də pis ola biləcəyini deyib:
“Əziz qazax qardaş və bacılar. Dayanın! Uca Allaha and olsun ki, bu, xeyirə aparmayacaq” – deyə Kadırov vurğulayıb.
Çeçenistan rəhbəri əlavə edib ki, qazın hazırkı bahalaşması sabah Qazaxıstan üçün daha az problem sayılacaq: “Çünki hər şey bahalaşacaq, ancaq siz xarabalıqlarda yaşayacaqsınız. Bu gün siz varlığınızı sübut etdiniz, artıq bəsdir! Etdikləriniz doğru deyil. Niyə yandırmaq, məhv etmək, oğurlamaq lazımdır?. Mən indi qardaş qazax xalqı və Qazaxıstan üçün təəssüflənirəm” – deyə Kadırov fikirlərini tamamlayıb. \\KONKRET

Tarix: 07 yanvar 2022
Baxış: 162

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş