"Hakimiyyətimiz manevr etmək üçün varianta malik deyildi. Hazırda hakimiyyəti nə qədər tənqid etsələr də, fikrimcə, başqa variant yox idi". Ordu.az xəbər verir ki, bunu hərbi-siyasi məsələlər üzrə erməni analitik Mher Hakobyan bildirib.
Onun sözlərinə görə, niyə variant olmaması artıq başqa məsələdir.
"Ümid edək ki, o hərbçilər orada ciddi döyüşlərə getməsinlər və ya ümumiyyətlə, ciddi döyüşlər olmasın. Qazaxıstanda işlərin necə getdiyini qarşıdakı günlər göstərəcək, çünki hazırda unikal gözləmə vəziyyəti var. Xəbərləri izlədim, sanki aktivlik azalıb, amma gərginlik səngiməyib", - deyə Hakobyan qeyd edib.
Hərbi-siyasi məsələlər üzrə erməni analitik vurğualyıb ki, Ermənistanın rolu ikinci dərəcəlidir, əsas skripka Rusiyadır.
"Belə bir fikir var ki, bu, Tokayevin təşkil etdiyi tədbir idi və məqsəd Nazarbayevi uzaqlaşdırmaq idi. İndi Nazarbayev əslində uzaqlaşıb, hər şeyə son qoymağın vaxtı gəlib. Bir fikir də söyləmək olar ki, buna Tokayev başlayıbsa və hansısa qüvvələr ona kömək edibsə, sonra o, bitirmək istəyəndə bitirə bilməyibsə, onda oradakı vəziyyətin Suriyaya çevrilməsi mümkündür", - deyə Hakobyan əlavə edib. \\Azerforum.com