Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Minaya düşən şəxsin nəşi hələ də hadisə yerindədir?

Ağdamın işğaldan azad olunan Tağıbəyli kəndi ərazisində minaya düşərək həlak olan Zaur Ağayevin nəşini ərazidən çıxartmaq mümkün olmayıb.
Hadisə yerinə cəlb olunmuş mütəxəssislər bunu ərazinin təhlükəli olması ilə əlaqələndiriblər.

Onun sabah səhər saatlarında ərazidən götürüləcəyi deyilir.

Xatırladaq ki, noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Zaur Ağayevin Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon prokurorluğunda aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ölməsi müəyyən edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir. \\Trend

Tarix: 15 noyabr 2021
Baxış: 217

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş