Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Nazirdən ərzaq məhsullarının bahalaşması ilə bağlı AÇIQLAMA

İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə həsr olunan iclasında çıxış edib.

M. Cabbarov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri ilə bağlı məsələlərdə fəaliyyətin gücləndiriləcəyini diqqətə çatdırıb.

Nazir son illərdə dünya bazarında qida qiymətlərinin artdığını bildirib:

"Son 12 ildə dünya bazarında qida qiymətləri nəzərəçarpacaq dərəcədə artıb və bunu biz də idxal etdiyimiz qida məhsullarında və inflyasiyanın səviyyəsində hiss edirik. Hətta Azərbaycanda istehsal olunan məhsullar belə ixrac imkanları olduğuna görə inflyasiya təzyiqi yaradır. Təəssüf ki, qiymət siyasətində səhvlər başqa bir təhlükəli nəticəyə - məhsulun, malın qıtlığına və yaxud ümumiyyətlə mövcud olmamasına gətirib çıxarır”.

Mikayıl Cabbarov qışda bir sıra ölkələrdə məhsul qıtlığı olacağını istisna etməyib.

“Bədbin proqnozlar vermək istəmirəm, amma güman edirəm ki, bu qış bir sıra ölkələrdə bu problemləri görəcəyik. Həmin problem yalnız qida ilə məhdudlaşmayacaq, enerji bazarına və ona oxşar sahələrə təsir edəcək. Bu o demək deyil ki, bizim əlimizdə alətlər var və biz ondan istifadə etmək istəmirik. Hansı alətlərdən istifadə edə bilirik, etməliyik, o da bizim tam məsuliyyətimizdir. Amma elə amillər var ki, burada seçim pis və daha pis arasındadır. Təbii olaraq, biz ünvanlı dövlət sosial yardımının və digər sosial müdafiə mexanizmlərinin bizi xoşagəlməz vəziyyətlərdən çıxarması üçün istifadə etməliyik", - deyə nazir qeyd edib. /bizim.media
Tarix: 10 noyabr 2021
Baxış: 196

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş