Prezidentin yaratıdığı yeni quruma SƏDR ƏVƏZİ TƏYİN OLUNDU
Bu ilin oktyabrın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan "Dövlət Ehtiyatları Agentliyi”nin İdarə Heyətinə sədr əvəzi təyin olunub.
Dövlət Ehtiyatları Agentliyinin sədr əvəzi vəzifəsinə Nicat Əliyev gətirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin oktyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi ləğv edilib. Qurumun bazasında Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb. Dövlət Taxıl Fondu bu il oktyabrın 7-də yaradılmış Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib. \\Qaynarinfo
Tarix: 02 noyabr 2021
Baxış: 122
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş