Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Türkiyə ordusu iki istiqamətdən hücuma keçəcək: Ərdoğan anons etmişdi - Bölgəyə ordu yeridilir

“Türkiyə ordusu heç bir xəbərdarlıq etmədən Suriyanın şimalında hərbi əməliyyatlara başalaya bilər”.
Bu barədə Rusiya mediası məlumat yayıb. Məlumatlara görə, Türkiyə ordusunun iki istiqamətdə hücuma keçəcəyi gözlənilir. Bildirilir ki, Ankaranın bu həmləsinə qarşı Suriya ordusu Ayn İsa bölgəsinə 150 hərbçi göndərib. YPG terror qruplaşması isə Təl Tamir, Əbu Rasin bölgələrinə qüvvələr və hərbi texnikalar cəlb edir. Məlumata görə, Türkiyə ordusu da hərbi əməliyyatlara hazırlığı davam etdirir. Ankara Rəsulayn, Hələb şəhərinin şərqinə və Aynel Ərəb bölgəsinə əlavə hərbi qüvvələr göndərib.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında antiterror əməliyyatlarının başlaya biləcəyini elan etmişdi. / Metbuat.az

Tarix: 02 noyabr 2021
Baxış: 111

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş